Terrorçular Turkiyənin turizm ofisinə hücum etdilər

Terrorçular Turkiyənin turizm ofisinə hücum etdilər backend

PKK terror təşkilatı Türkiyənin Vyanadakı səfirliyinin tərkibində fəaliyyət göstərən Mədəniyyət və Turizm Ofisinə hücum edib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Vyananın mərkəzindəki Stefanplatz meydanında yerləşən ofisə müştəri kimi gələn bir qadın ondan arxada gizlənən 10 PKK-lı ilə içəri daxil olub. Terrorçular binadakı səlahiyyəli şəxsi çölə çıxararaq Türkiyənin turizmindən bəhs olunan reklam vərəqələrini yandırıblar. Qrup daha sonra ofisin pəncərəsindən təşkilatın təbliğatını aparıb.

PKK lehinə təxminən 20 dəqiqə şüarlar səsləndirən terrorçular polislər hadisə yerinə gələndən sonra ordan qaçıblar.