Almaniyanın “Die Welt” qəzeti Rusiya prezidentinin keçmiş həyat yoldaşı Lyudmila Putinanın sensasiyalı müsahibəsini dərc edib.
Qaziler.az saytı bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.“Mənim ərim çoxdandır ki, həyatda yoxdur. Mən bunu etiraf etməyə məcburam. Çünki onun adı ətrafında baş verənləri görmək istəmirəm. Onlar çox dəhşətli adamlardır və dayanmaq bilmirlər. Mən qorxuram ki, onlar ərimi öldürdükləri kimi məni və qızlarımı da öldürərlər.
Bizim ailəni ideal adlandırmaq olmazdı. Mən kəşfiyyatçı zabiti sevib ona ərə getmişəm. Reallıqsa tamam başqa imiş. Sən demə, Putin tiran, alçaq, qəddar adammış. O, mənimlə heç vaxt hesablaşmır, mənim varlığımı hiss etmirdi. Mən ona yalnız ailə tərkibi haqda arayış və uşaqlarının anası kimi lazım idim. Bunu demək ağırdır: Putin məni döyür, alçaldır, təhqir edirdi. Onunla həyat dözülməz idi.
Mən mübarizə aparmağa çalışdım, bir necə dəfə boşanmağa cəhd etdim. Lakin bu insan üçün müqəddəs heç nə yox idi. O, məni susdurmaq üçün məni psixiatrik klinikaya qoydu. Mən cəhənnəmi keçdim... Narkotiklər, psixotrop dərmanlar, təhqirlər. Uzun müddətə izolyatora salındım: gün işığına həsrət qalmışdım, insan üzü görmürdüm. İndi də o günləri titrəyərək yada salıram. Özünə inanan cavan qadın kölgəyə çevrilmişdi. İradəm qırılmışdı və oradan çıxmaq üçün mən hər şeyə hazır idim.
Onun ölümündən sonra baş verənlər isə sözlə ifadə olunmur.
Həmin zaman onda çətin mərhələ idi. O, mənə əlbəttə ki, heç nə danışmırdı və bir az da qapalı olmuşdu. Ölümünə bir ay qalmış mənə demədən qızlarını apardı.
Sonra isə tamamilə itdi. Bir gecə bizim evə mən tanıdığım və tanımadığım adamlar gəldi. Onlar hər şeyi alt – üst etdilər, kağızlara baxdılar. Mənə isə bircə söz dedilər: “Yaşamaq istəyirsənsə - sus”. Onlar ərim haqqında verdiyim suallara çox qısa cavab verərək bildirirdilər ki, o, tezliklə gələcək və hələliksə milli təhlükəsizliklə əlaqədar səfəri var. Onlar mənə tapşırdılar ki, bu deyilənləri heç kimlə müzakirə etməyim.
Bir neçə gündən sonra onun birinci ... əvəzləyicisi gəldi. Sonra mən öyrəndim ki, Vladimirin oxşarı onun yerini tutandan sonra Putin öldürülüb. Xarici görünüşcə o, Putinə o qədər oxşayırdı ki, mən heyrətə gəlmişdim. Lakin o, tamamilə başqa adam idi.
Onlar qızlarımın da izinə düşə bildilər. Mənə isə ultimatum verdilər ki, sadiq həyat yoldaşı rolunu oynamalıyam. Əks təqdirdə, məni və qızlarımı yaşatmayacaqlar.
Mən əvvəllər də kütləvi tədbirlərə getməməyə çalışırdım. Jurnalistlərin diqqəti, intriqalar, şayiələr məni çiyrindirirdi. Lakin, özünü başqasının arvadı kimi göstərmək daha dəhşətli idi.
Ona görə də onlar mənim də oxşarımı tapdılar. Əgər bu tapıntı az da olsa uğursuz olsaydı, onlar məni də çoxdan öldürərdilər.
Biz möcüzə nəticəsində sağ qalmışıq. Məlum səbəbə görə mən bizə gizlənməyə yardım edən insanların adını çəkə bilmirəm. “Boşanmaq” mənim qurtuluşum oldu. İndi xaricdə yaşayıram və hər şey yaxşıdır. Lakin Rusiyada baş verənlər məni dəhşətə gətirir.
İnsanlar, ayılın! Siz dilənçi kimi yaşayırsınız. İndi rus xalqının kökünün yaşaması sualı qarşıda durur. Əgər siz qorxaqlıqdan və ölkədə baş verənlərə etinasızlıqdan əl çəkməsəniz - yaşamayacaqsınız ”. Lyudmila Putina öz müsahibəsində belə deyib.