Rusiyanın Türkiyədəki səfiri Andrey Karpov bu ölkədə son vaxtlar baş vermiş terror aktlarının coğrafiyasını analiz edərək bildirib ki, Antalya kurortları Rusiya vətəndaşları üçün təhlükəsizdir.
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, “hələlik turistlərin Türkiyədə tam təhlükəsizliyi barədə danışmaq olmaz. Lakin rusiyalıların bu ölkədə sevdikləri istirahət mərkəzlərinin yerləşdiyi regionları tamamilə təhlükəsiz adlandırmaq olar”. Karpov belə deyib.
Xatırladaq ki, Rusiyanın Su-24 bombardmançısının Türkiyə tərəfindən vurulmasından dərhal sonra Rusiya xarici işlər naziri Sergey Lavrov rusiyalıların Türkiyədə istirahətinin təhlükəsiz olmadığını bildirmiş, bir qədər sonra isə Rusiyadakı turizm şirkətlərinə Türkiyə istiqamətinə istirahət paketlərinin satışı qadağan edilmişdi.