ABŞ-dan Türkiyə qadağası

ABŞ-dan Türkiyə qadağası backend

ABŞ hökuməti Türkiyədəki hərbi və diplomatik nümayəndəlik əməkdaşlarına yaxınlarını özləri ilə birlikdə Türkiyəyə aparmasını qadağan edəcək. ANS PRESS-in məlumatına görə, ABŞ tərəfi bunu Türkiyədə son baş verənlərlə əlaqələndirib.

İncirlik Hərbi Hava Bazası və digər şəhərlərdə xidmət edən ABŞ əsgər və mülkilərinin yaxınlarının bu ölkəyə gəlməsini qadağan edən layihə hazırlanır. Bu qərarın Atatürk hava limanında baş verən terror hadisəsindən öncə gündəmə gəldiyi bildirilir.

Adının açıqlanmasını istəməyən bir rəsmi bu dəyişikliyin Türkiyədə təhlükəsizlik vəziyyətinin pisə doğru dəyişdiyinə işarə olduğunu bildirib.

Hazırda ABŞ-ın Türkiyədə 2200 xidməti çalışanı var ki, onlardan 500-ü İncirlik Hərbi Hava Bazasında xidmət edir. Obama hökuməti mart ayında ABŞ hərbçilərinin ailələrinin İncirlik Hərbi hava Bazasından geri qayıtması barədə təlimat vermişdi. O, zaman bunun müvəqqəti olduğu açıqlanmışdı.

Bu qərardan sonra 650 hərbçi ailəsi Türkiyəni tərk etmişdi. Ancaq İstanbul və Ankarada 100-ə qədər hərbçi ailə üzvlərinin qalmasına icazə verib.

Son qərarın Pentaqon tərəfindən verilməsi gözlənildiyi dəyişiklik həm də hərbçilərin Türkiyədə xidmət müddətinin 2 ildən 1 ilə düşürülməsini nəzərdə tutur.

Bu dəyişiklik səfirlərin ailələrinə aid olmayacaq.