Bu cür hadisələrin arxasında Türkiyənin dünya gücünə çevrilməsində marağı olmayan dünya gücləri, Avropadakı müəyyən dairələr durur.
28 iyun tarixində Türkiyənin İstanbul şəhərində yerləşən “Atatürk” hava limanında törədilən terror aktı çoxlu sayda ölüm və xəsarətlərlə nəticələndi. Hadisənin bəzi təfərrüatları məlum olsa da Türkiyənin tarixində unutmayacağı bu qanlı olayın ölkənin Rusiya və İsraillə əlaqələrinin normalaşması ərəfəsində baş verməsi bəzi sualları ortaya çıxardı. Hadisənin hansı terror qruplaşması tərəfindən törədilməsi bir yana, məhz gözlənilməz halda bir çoxlarının Rusiya və İsraillə münasibət uyğunluğu çərçivəsində “bundan sonra çətin ki” terrakta tamaşa edək deyənlərin düşüncələrini yanıltdı. Ölkələr arasında “Buzların ərimiəsi” kimləri narahat edirdi?Məsələ ilə bağlı msahibəsində Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu söyləyib ki, Bu cür hadisələrin arxasında Türkiyənin dünya gücünə çevrilməsində marağı olmayan dünya gücləri, Avropadakı müəyyən dairələr durur: Son zamanlar Rusiya və İsraillə olan soyuq münasibətləri aradan qaldırmaq məqsədilə Türkiyə önəmli addımlar atır. Bəziləri çalışır ki, son terror olayında daha çox İraq Şam İslam Dövləti adlı terrorçu qruplaşmanın adını çəksin. Guya Türkiyənin Rusiya və İsraillə münasibətlərini yaxşılaşdırması İŞİD adlı qurumu razı salmır. Bu, əsassız yanaşmadır. Bu cür hadisələrin arxasında Türkiyənin dünya gücünə çevrilməsində marağı olmayan dünya gücləri, Avropadakı müəyyən dairələr durur. Düzdür, İŞİD adlı qurumun arxasında da müəyyən dairələr dayanır. Burada Avropa dairələri də olmamış deyil. İŞİD və PKK-dan Türkiyəyə qarşı istifadə edən qüvvələrin olması yeni məsələ deyil. Guya Türkiyənin yəhudilərlə yaxınlaşmasını istəməyən müsəlmanlardır? Əksinə, Türkiyənin güclənməsinə gətirib çıxaracaq addımların atılmasına qarşı olan, bu rəqabətdə tərəf olan gizli güclər var. Məsələni də belə başa düşmək lazımdır. Onlar Türkiyənin daha güclü dövlət olmasını, dünyada söz sahibi olmasını istəmirlər.
Təşkilt sədrinin dedikləri Rusiyanın Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin rəhbəri Konstantin Kosacev öz "Facebook" səhifəsində dedikləri ilə oxşar məna daşıyır: İstanbul hava limanında baş verən partlayış Türkiyə hökumətinin Rusiya və İsrail ilə münasibətləri yaxşılaşdırmaq cəhdlərinin qarşı yönəlib”.
Komitə rəhbəri onu da qeyd edib ki, Türkiyə hakimiyyətinin versiyası (terroru İŞİD-ın törətməsi ehtimalı) ağlabatan görünür. "Bu, Ankaradan çəkinən kürdlər deyil. Bunlar həqiqətən də İŞİD döyüşçüləridir. Amma terror törədənlər bilməlidirlər ki, bu, Rusiya ilə Türkiyə münasibətlərinə təsir göstərməyəcək, əksinə, hər iki ölkə liderlərinin daha da yaxınlaşmasına köməklik edəcək. Çünki biz heç nəyə baxmayaraq, Türkiyə ilə həmrəyik", - deyə Konstantin Kosacev yazıb.
İstanbul hava limanında baş vermiş terror aktına növbəti rekasiya da gecikməyib. Roma Papası Fransisk insanlığa qarşı törədilmiş bu hadisəni dünya ictimaiyyəti qarşısında pisləyib:
"Ötən axşam İstanbulda insanlığa sığmayan terror hadisəsi baş verib ki, nəticədə çox sayda ölən və yaralananlar var”. Hadisə qurbanlarına rəhmət diləyən Papa insanları türk xalqı üçün dua etməyə çağırıb.
http://cdn.timesofisrael.com/uploads/2016/06/000_CK1A7-635x357.jpg
“Türkiyədə terror törətmək Türkiyə-Rusiya və Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasını istəməməkdir. Terrorun hava limanında törədilməsi turizm sektorunun effektli fəaliyyətinə, ümumilikdə Türkiyə iqtisadiyyatına zərbədir. Bu isə onu sözəbaxan hala gətirmək deməkdir”.
Poilitoloq Xaləddin İbrahimli dünən İstanbulda Atatürk adına beynəlxalq hava limanında baş verən terror hadisəsini şərh edərkən deyib.
X.İbrahimlinin fikrincə, zərbə Rusiya və İsrailə deyil, birbaşa Türkiyəyə vurulur: “Bu kimə və kimlərə lazımdır? Bir az düşünən hər kəs cavabını tapacaq”.
Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. Son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 41 nəfərə çatdığı, 239 nəfərin isə yaralandığı bildirilir. Ölənlər arasında Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Tunis, Özbəkistan, İran, İordaniya və Ukrayna vətəndaşları var. Hadisə ilə bağlı Türkiyədə bir günlük matəm elan edilib.
İlkin məlumatlara görə, terror aktının arxasında İŞİD terror təşkilatı dayanır.
Rüfət Soltan