Rusiyalılar Türkiyə səfirliyinin qarşısına gül dəstələri qoyublar

Rusiyalılar Türkiyə səfirliyinin qarşısına gül dəstələri qoyublar backend

Səfirliyin ərazisində Türkiyə bayrağı endirilib.

Moskva sakinləri İstanbulun Atatürk Hava Limanında törədilmiş terror aktı qurbanlarının xatirəsini yad edib, Türkiyənin Rusiyadakı səfirliyinin önünə gül dəstələri qoyublar.

Qaziler.az Gazeta.ru-ya istinadən xəbər verir ki, diplomatik nümayəndəliyin əməkdaşları diqqətə görə Rusiya paytaxtının sakinlərinə minnətdarlıq ediblər.

Türkiyə matəm elan olunduğuna görə səfirliyin ərazisində ölkə bayrağı endirilib.

Xatırladaq ki, iyunun 28-də İstanbulun Atatürk hava limanında üç partlayış törədilib. Terrorçu-kamekadzelər sərnişinlərə atəş açıblar, daha sonra partlayıcı qurğuları işə salıblar. Son məlumata əsasən, terror aktı nəticəsində 41 nəfər ölüb, 240 nəfər isə yaralanıb.