Əgər Ankaranın müvafiq istəyi olarsa, Rusiya Türkiyəyə taxıl tədarükünü artırmağa hazırdır.
Qaziler.az-ın məlumatına görə, Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bunu jurnalistlərə RF kənd təsərrüfatı naziri Aleksandr Tkaçev deyib.Daha öncə Rusiya Prezidenti Vladimir Putin Türkiyə ilə ticari-iqtisadi əlaqələrin bərpa edilməsi ilə bağlı göstəriş verib.
O, Rusiyanın 2015-ci ildə 104,8 milyon ton taxıl yığdığını qeyd edərək əlavə edib ki, bu, ixracı artırmağa imkan verir: "Ona görə də əgər Türkiyə tərəfinin istəyi olarsa, Rusiya taxıl tədarükünü artırmağa hazırdır".