Rusiya prezidenti Vladimir Putin İstanbuldakı terror aktına görə türk xalqının dərdinə şərik olduğunu bildirib. Virtualaz.org-un verdiyi məlumata görə, V.Putin bunu rusiyalı və alman məktəbliləri ilə görüşdə deyib.
“Biz təəssüflənirik, terror aktı qurbanlarının yaxınlarına başsağlığı veririk”, - deyə o vurğulayıb.Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. Verilən son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir.