Türkiyə Silahlı Qüvvələri (TSQ), İstanbul Atatürk Hava limanındakı partlayışla əlaqədar İŞİD hədəflərinə zərbə endirib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Suriyadakı koalisiya gücləri tərəfindən də terror təşkilatının yerləşdiyi bəzi məkanlara hava hücumları olub.
TSQ Baş Qərargahının açıqlamasına görə, İŞİD-ə aid 15 hədəf məhv edilib.