Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Binəli Yıldırım və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akarla İstanbulun Atatürk Hava Limanındakı teraktla bağlı təcili toplantı keçirib.
Qaziler.az bildirir ki, məlumatı NTV kanalı yayıb.Prezident terror hadisəsi ilə bağlı baş nazirin və Baş Qərargah rəisinin məlumatlarını dinləyib və görüləsi işləri müzakirə edib.
Toplantıdan dərhal sonra baş nazir Ankaradan İstanbula uçub.
Xatırladaq ki, Atatürk Hava Limanının girişində və çıxışında, eləcə də beynəlxalq terminalın parkında üç partlayış baş verib.
Son məlumatlara görə, 28 nəfər həlak olub, 60 nəfər yaralı var.