Moskva Şəhər Məhkəməsi biznesmen Levon Ayrapetyana dair çıxarılmış hökmü qanuni sayıb.
Qaziler.az Virtualaz.org-a istinadən bildirir ki, o, 700 min dolları mənimsədiyi üçün 4 il müddətinə azadlıqdan məhrum edilib.TASS-ın məhkəmənin qərarından dərc etdiyi çıxarışda deyilir: “Moskvanın Zamoskvoretsk məhkəməsinin Ayrapetyana qarşı qərarı dəyişməz olaraq qalsın, müdafiənin apellyasiya şikayəti təmin edilməsin”.
Xatırladaq ki, “Başneft” işi üzrə həbs edilən Levon Ayrapetyan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaradılmış separatçı rejimə sponsorluq edən əsas diaspor fiqurlarındandır.
Daha öncə Moskvanın Zamoskvoretski məhkəməsi Ayrapetyanı Başqırdıstanın sabiq senatoru İqor İzmestyevin anası Tamara İzmestyevanın 700 min dollarını mənimsədiyinə görə 4 il müddətinə azadlıqdan məhrum edib.
Bundan başqa, Ayrapetyanla əlaqədar daha bir cinayət işi araşdırılır. O, 2009-cu ilin aprelində Ural Rəhimov ilə “Başneftin” “Sistema”nın strukturlarına satmaqda şübhəli bilinir. Daha öncə miqyaslı arbitraj prosesinin nəticəsində “Başneft” dövlətə qaytarılıb.
İstintaqın məlumatına görə, Ayrapetyan ikili vətəndaşlığa və xaricdə əmlaka malikdir. Son dövrdə o, Monakoda yaşayırdı. Məhz bu faktı rəhbər tutaraq istintaq onun təcridxanaya yerləşdirilməsini məqsədəuyğun hesab edib. Oktyabrın əvvəlində sahibkar ev dustağı olub. Ayrapetyanın vəkili daha öncə onun səhhətinin pisləşdiyini bildirərək azad edilməsini istəyib.