Ağ Evdən birinci xanımla bağlı AÇIQLAMA

Ağ Evdən birinci xanımla bağlı AÇIQLAMA backend

Ağ Ev rəsmisi başsağlığı üçün ABŞ prezidenti Barak Obamayla birlikdə Səudiyyə Ərəbistana gedən ölkənin birinci xanımı Mişel Obamanın baş örtüyü geyinməməsinə görə edilən tənqidlərə münasibət bildirib.

Anadolu agentliyinin verdiyi məlumata görə, Ağ Ev sözcüsü Coş Ernest media üçün ənənəvi günlük brifinqdə ona ünvanlanan suala cavab olaraq bildirib ki, “first lady” ABŞ-ın əvvəlki prezidentlərinin həyat yoldaşı kimi geyim qaydalarına əməl edib. O qeyd edib ki, həm Laura Buş, həm də Hillari Klinton S.Ərəbistana səfərləri zamanı baş örtüyündən istifadə etməyiblər. C.Ernest dünya təcrübəsindən də misal gətirərək bildirib ki, Almaniya kansleri Angela Merkelin də neftlə zəngin Asiya ölkəsinə səfərində baş örtüyü geyinməyib.
Ağ Ev rəsmisi Respublikaçılar partiyasının Texasdan seçilən senatoru Ted Kruzun şəriət qaydalarını pozduğu üçün xanım Obamanı alqışlaması ilə bağlı məsələyə belə cavab verib: “Teddi Kruzun fikirlərinə şərh vermək istəmirik. Amma onu bildirib ki, xanım Obamanın Hindistana və S. Ərəbistana səfərləri olduqca xoş bir mühitdə keçib. Hər iki ölkənin rəsmiləri Mişel Obamaya nəzakətli davranışları ilə seçilib və Mişel Obama bunu xüsusi vurğulayıb”.
Xatırladaq ki, S.Ərəbistan kralı Abdullahın ölümü ilə əlaqədar bu ölkəyə səfər edən ABŞ prezidentinin xanımı baş örtüyü taxmadığı üçün həm S.Ərəbistanı, həm də ABŞ sosial media istifadəçiləri tərəfindən tənqid hədəfinə çevrilib.
Mişel Obama Ər-Riyada səfərindən fərqli olaraq 2010-cu ildə İndoneziyada olarkən baş örtüyündən istifadə etmişdi.
Diaspora