Diyarbakır Lice qəsəbəsində həyata keçirilən antiterror əməliyyatı zamanı hərbçilər pusquya düşüb.
Qaziler.az Xəzər Xəbər-ə istinadən bildirir ki, bu zaman ağır yaralanan 2 hərbçi helikopterlə hospitala aparılsa da, çox keçmədən vəfat edib.Türkiyə ordusunun baş qərargahı hərbçilərin şəhid olmasını təsdiqləyib və başsağlığı mesajı yayıb.