Çinin Tsyansu əyalətində güclü qasırğa nəticəsində 99 nəfər həlak olub.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bundan başqa, 846 sakin müxtəlif dərəcəli xəsarət alıblar.Evsiz qalan 1,6 min nəfər müvəqqəti sığınacaqlara yerləşdiriliblər. Xilasedicilər elektrik və su təchizatını bərpa etməyə çalışırlar.