Somalidə silahlı dəstə oteli ələ keçirib

Somalidə silahlı dəstə oteli ələ keçirib backend

Somalinin paytaxtı Moqadişoda silahlı şəxslər “Nasa-Hablod” otelinə hücum ediblər. Bu barədə «Reuters» xəbər verir.

Qaziler.az Virtualorg.az-a istinadən bildirir ki, polisin məlumatına əsasən, “Əş-Şəbab” terror qruplaşmasının üzvləri olduğu ehtimal edilən silahlılar otelin qarşısında avtomobil partladıb, daha sonra isə binaya hücum ediblər.

Partlayış nəticəsində ən azı 7 nəfər həlak olub, daha 10 nəfər isə xəsarət alıb. Bunu polis nümayəndəsi Əli Həsən bildirib.