Bu ölkə də Putini saymadı

Bu ölkə də Putini saymadı backend

İsrail prezidenti Reuven Rivlin Moskvada Böyük Vətən Müharibəsinin 70 illiyinə həsr olunacaq tədbirlərdə iştirakdan imtina edib. Bu haqda İsrailin Rusiyadakı səfiri Dorrit Qolender açıqlama verib.

Qolender bildirib ki, prezident Moskvaya gələ bilməyəcək. Qolender həmçinin qeyd edib ki, İsraili Moskvada tədbirlərdə rəsmi səviyyədə təqdim edəcək şəxs haqda qərar hələ qəbul edilməyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ, Böyük Britaniya, Polşa, Slovakiya, İsrail, Litva, Latviya və Estoniya liderləri də mayın 9-da Rusiyaya gəlməkdən imtina ediblər. Fransa prezidenti Fransua Olland hələ ki yekun cavab verməyib. Almaniyanın kansleri Angela Merkel Qələbə paradında iştirak etməsə də, mayın 10-da Moskvaya gələrək prezident Vladimir Putinlə birgə Naməlum əsgərin məzarına gül dəstəsi qoymaq niyyətindədir.
Diaspora