Böyük savaşın anonsu verildi

Böyük savaşın anonsu verildi backend

Səudiyyə Ərəbistanı hakimiyyəti Yəməndə husi üsyançılarına qarşı quru əməliyyatların başlanmasını istisna etmir. Səudiyyə Ərəbistanının cənubunda 7 aeroport artıq bağlanılıb. Bütün beynəlxalq və daxili reyslər təxirə salınıb. Həmçinin bildirilib ki, vəziyyətin gərginləşməsinə görə Yəmən də öz növbəsində əsas dəniz limanlarını bağlayıb.

Səudiyyə Ərəbistanının hərbi sahəsində rəsmi nümayəndələrindən "Reuters"ə verilən məlumatda bildirilib ki, tezliklə Yəməndə yerüstü hərbi əməliyyatların keçirilməsi istisna deyil.

"Biz yalnız Yəmən üzərində səmaya nəzarət etməklə qanuni idarəçiliyin hakimiyyətə qayıtmasına nail ola bilmərik", - deyə xəbərdə qeyd olunur.

Bəzi KİV-lərdə Misir, İordaniya, Sudan və Pakistanın quru əməliyyatlarda iştirak etməyə razılıq verdiyi də yazılıb.

İran isə öz növbəsində Yəməndə baş verən hadisələri sərt tənqid edib.

"Səudiyyə Ərəbistanı dərhal hava zərbələrini dayandırmalıdır. Çünki bu, Yəmənin suverenliyini pozur. Biz Yəməndə vəziyyətin stabilləşməsi üçün bütün səylərimizi ortaya qoyacağıq", - deyən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın Yəməndəki vəziyyəti öz nəzarəti altına götürmək niyyətində olduğunu da bildirib.
Diaspora