Orduda ölən erməni əsgərlərin anaları aksiya keçirib

Orduda ölən erməni əsgərlərin anaları aksiya keçirib backend

Orduda ölmüş ermənilərin valideynləri Ermənistan Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçiriblər. Erməni anaları: "Ordudakı qətllərə, intiharlara, zorlamalara görə əsgərin ailəsini ittiham etmək Ermənistan Müdafiə Nazirliyinin məşhur üsuludur"

Bu gün orduda ölmüş hərbi qulluqçularının valideynləri Ermənistan Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər.
APA-nın Ermənistan KİV-ə istinadən verdiyi xəbərə görə, etirazçılar Ermənistanın müdafiə naziri Seyran Ohanyanın əleyhinə şüarlar və bəyanatlar səsləndirib, övladlarının ölüm səbəbinin onlara açıqlanmasını tələb ediblər. Əsgər valideynləri Seyran Ohanyanın könüllü olaraq Azərbaycan tərəfə keçmiş erməni hərbçi Andranik Qriqoryanın ailəsini və valideynlərini ittiham etməsinə qəzəblərini ifadə ediblər. Onlar Ohanyanı orduda nizam-intizam yaratmağa, hərc-mərcliyi aradan qaldırmağa, əsgərləri yeməklə və geyimlə təmin etməyə çağırıblar.

Övladını qeyri-döyüş şəraitində itirmiş İrina Qazaryan deyib ki, ordudakı qətllərə, intiharlara, zorlamalara görə əsgərin ailəsini ittiham etmək Ermənistan Müdafiə Nazirliyinin məşhur üsuludur: “Öldürürlər - ailə günahkar olur, zorlayırlar - yenə ailə günahkardır. Qriqoryan niyə orduda xidmətə qədər Azərbaycan tərəfə keçmədi? Niyə məhz orduda xidmət edəndə belə addım atdı? Əgər Müdafiə Nazirliyi, həqiqətən belə düşünürsə, niyə onlar qabaqcadan çağırışçının ailə vəziyyətini yoxlamırlar?”.

İrina Qazaryan deyib ki, indi onsuz da Qriqoryanın ailəsi çətin vəziyyətdədir, Ohanyan bu bəyanatı ilə onların vəziyyətini daha da çətinləşdirir.

Nana Muradyan isə leytenant Artak Nazaryanın qətlindən danışıb: “Biz o hadisəni unutmadıq. O leytenant idi, amma bu, onu qorumadı. İşi ədalətli aparmadılar və onun ölüm səbəbini hələ də bilmirik".
Diaspora