Almaniya polisi Firnhaym şəhərində kinoteatrda atəş açan şəxsi zərərsizləşdirib.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bunu Gessen regionunun daxili işlər naziri Peter Boyt yerli parlamentdə təcili toplantı zamanı deyib.Onun sözlərinə görə, həmin şəxsin odlu silaha malik olub-olmamasını müəyyənləşdirmək mümkün olmayıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, o, 4 dəfə atəş açıb.
*** 19.08
Firnhaym şəhərində kinoteatrda atəş açan şəxs saxlanılıb.
APA-nın məlumatına görə, bu barədə Almaniyanın “Bild” nəşri xəbər yayıb.
“Echo online” internet nəşri isə öz mənbələrinə istinadən iddia edib ki, silahlı şəxs bir neçə nəfəri girov götürüb.
***
18.45
Almaniyada silahlı şəxs kinoteatrda atəş açıb.
APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, Firnhaym şəhərində baş vermiş hadisə nəticəsində 50-dək şəxs yaralanıb.
Atəş açan şəxsin kinoteatr binasında barrikada qurub.