Türkiyədən Yəmənlə bağlı AÇIQLAMA: “Dəstəkləyirik”

Türkiyədən Yəmənlə bağlı AÇIQLAMA: “Dəstəkləyirik” backend

Türkiyənin Xarici İşlər Nazirliyi Yəməndə baş verən hadisələrlə bağlı açıqlama yayıb. Lent.az-ın "Sözcü"yə istinadən məlumatına görə, rəsmi Ankara Huti hərəkatının Hadi hökumətinə qarşı həyata keçirdiklərini kəskin qınayıb və Səudiyyə Ərəbistanının bu ölkəyə hərbi müdaxiləsini dəstəkləyib.

Nazirliyin açıqlamasında qeyd edilir ki, Yəməndə baş verənlər 2011-ci ildə fəaliyyətə başlayan Körfəz ölkələrinin Əməkdaşlıq Təşkilatının nailiyyətlərini heçə endirir və özü ilə böyük sosial-iqtisadi bəlalar gətirir.

Türkiyə XİN Hutilərin Yəmən prezidentinin sığındığı və müvəqqəti paytaxt elan etdiyi şəhərə həyata keçirdiyi hücumu kəskin pisləyib və hərbi əməliyyatların dayandırılmasına çağırıb.
Diaspora