Ermənistan hakimiyyətiiyunun 23-dəiclas zamanı383 nəqliyyat vasitəsinin geri alınaraq Dövlət Əmlak İdarəsinə verilməsi barədə qərar qəbul edib. Həmin nəqliyyat vasitələri sonradan təkrarsatışa çıxarılacaq.
Qaziler.az bu barədə news.am-a istinadən xəbər verir.Məlumata görə, Ermənistanın Maliyyə Nazirliyindən - 4, İqtisadiyyat nazirliyindən – 4, Ədliyyə Nazirliyindən – 2, İdman və Gənclərlə İş Nazirliyindən – 1, Energetika və Təbii Resurslar Nazirliyindən – 4, Əmək və Sosial Məsələlər Nazirliyindən – 26, Kənd Təsərrüfatı Nazirliyindən – 9, Təhsil və Elm Nazirliyindən – 3, Ərazi İdarəçiliyi və İnkişafı Nazirlyindən - 1, Nəqliyyat nazirlyiindən -4, Şəhərsalma Nazirliyindən – 7, Dövlət Əmlak Kadastr Komitəsindən - 7, Dövlət Gəlir Nazirliyindən – 27 avtomobil geri alınıb.
Bundan başqa, Dövlət Əmlak İdarəçiliyi İdarəsinin balansında 274 avtomobil var.
Bu nəqliyyat vasitələrinin satışı ölkənin dövlət büdcəsinə yetərincə gəlir gətirəcəyi ehtimal edilir.