Türkiyə İŞİD-i “Fırtına“larla vurdu

Türkiyə İŞİD-i “Fırtına“larla vurdu backend

Türkiyə ordusu “Fırtına” özüyeriyən artilleriya qurğuları ilə İŞİD mövqelərinə zərbələr endirib.

Avropa.info xəbər verir ki, türk artilleriyasının və koalisiya aviasiyasının endirdiyi zərbələr nəticəsində 8 İŞİD üzvü öldürülüb. Türkiyə ordusu Baş Qərargahının məlumatına görə, Suriyadan Türkiyə ərazisinə atəş açmaq istəyən qrup müəyyən edilərək, cavab atəşi endirilib.

İŞİD-in silah anbarı, zenit qurğusu, minaatan postu məhv edilib.