“İŞİD“in qətliam maşını ələ keçdi

“İŞİD“in qətliam maşını ələ keçdi backend

İŞİD-in bomba yüklü avtomobili ələ keçirilib. Lent.az-ın Doğan Xəbər Agentliyinə istinadən məlumatına görə, Rakka şəhərin yaxınlığında Azad Suriya Ordusu tərəfindən İŞİD-ə məxsus partladılacaq olan bomba yüklü avtomobil ələ keçib.

Bombalar mütəxəssislər tərəfindən zərərsizləşdirilib. İlk dəfə bu qədər yaxından görüntülən avtomobilin içini görənlər dəhşətə gəlib. Avtomobilə baxış keçirilib. Baxış zamanı avtomobilin başdan ayağa bomba ilə döşəndiyi müşahidə olunub. Sürücünü hədəfə çatması üçün avtomobilin qabağı zirehlə örtülüb.