Yerevan məhkəməsi Ermənistan müxalifətinin liderlərindən biri, Təsis Məclisinin başçısı Jirayr Səfilyanı həbs altına alıb.
Qaziler.az Virtualaz.org-a istinadən xəbər verir ki, Kanaker Zeytun dairəsinin məhkəməsinin qarşısına Şuşa batalyonunun keçmiş komandirinin tərəfdarları toplaşıblar. Hüquq-mühafizə orqanları bu saatlarda J.Səfilyanın tərəfdarlarını oradan qovurlar. Tərəfdarlardan ikisinin həbs edildiyi məlumdur. Bunlar Süzan Simonyan və Anuş Karapetyandır.Yerevanda Səfilyanın tərəfdarları həbs olunur

