ABŞ-ın vitse-prezidenti Co Bayden Suriya prezidenti Bəşər Əsədlə İraqın edam edilən keçmiş lideri Səddam Hüseyni səhv salıb. Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Barak Obama administrasiyasının Suriyanın gələcəyi haqda siyasəti ilə bağlı suala cavabında o, Əsədi Səddam adlandırıb: “Biz beynəlxalq aləmlə Suriyada münaqişənin sülh yolu ilə nizamlanması, eyni zamanda Səddamın postunu tərk etməsi və hakimiyyətdən məhrum edilməsi istiqamətində işləyirik”.
Amma jurnalist onun səhvini düzəldib: "Əsədin hakimiyyətdən məhrum edilməsi...".
Bundan sonra Co Bayden də dediklərinə düzəliş edib: "Üzr istəyirəm, Əsədin...".