Mudis: “Donald Trampın təklifləri keçsə...”

Mudis: “Donald Trampın təklifləri keçsə...” backend

ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Trampın təklif etdiyi iqtisadi reformlar ölkə iqtisadiyyatında durğunluğa səbəb olacaq.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Mudis” təşkilatı yayıb. Təşkilat iqtisadiyyatdakı durğunluğun əhalinin gəlirlərinə təsir edəcəyini bildirib. Üstəlik, Trampın dörd illik hakimiyyəti dövründə 3,5 milyon iş yeri bağlana bilər ki, bu da işsizlərin miqdarının yenidən 7%-ə yüksəlməsinə səbəb olacaq.

Qeyd edək ki, hazırda ABŞ-da işsizlik 4,7%-dir.