Eks-baş katib: “Qərb 2014-də Krımda çarəsiz idi”

Eks-baş katib: “Qərb 2014-də Krımda çarəsiz idi” backend

Avropa Krımın Rusiya tərəfindən anneksiyasının qarşısını ala bilməzdi. Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen söyləyib. Onun sözlərinə görə, 2014-cü ildə Moskvanın Krıma girməsi Avropanın özü üçün gözlənilməz addım idi:


“Biz Rusiyanı özümüzün tərəfdaşımız hesab edirdik. Birdən aydın oldu ki, onlar bu fikrimizə şərik deyillər. Rusiya hibrid savaşını başlatdı. 2014-də heç nə edə bilməzdik”.