"Rəsmi Kiyev qondarma Donetsk (DXR) və Luqansk (LXR) xalq respublikaları ilə hesablaşmalıdır. Bu fikirlə "Normand dördlüyü" də razıdır."
ANS PRESS-in məlumatına görə, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.O, Parisdə keçirdiyi görüşdən sonra deyib ki, "Normand formatı" məhz Ukrayna böhranının nizama salınması üçün daha məqsədəuyğundur: "Normand dördlüyü"nün nümayəndələri də bizimlə razılaşdılar ki, Kiyev özünü "müstəqil" elan etmiş Donetsk və Luqansk Xalq respublikalarının mövqeyini nəzərə almalıdır."