Liviyada partlayış: 29 ölü

Liviyada partlayış:  29 ölü backend

Liviyanın qərbində yerləşən Qarabili şəhərində döyüş sursatları satılan mağazada partlayışın baş verməsi nəticəsində ən azı 29 nəfər ölüb, daha 30 nəfər yaralanıb.

Qaziler.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanının nümayəndəsi Məhəmməd Assayed bildirib.

“Ölən və yaralananların sayı artır və biz onları ciddi cəhdlə yaxınlıqdakı xəstəxanalara göndərməyə çalışırıq”, — deyə o əlavə edib.

Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.