Ohanyana məntiq dərsi

Ohanyana məntiq dərsi backend

"Təmas xəttini keçən əsgərin ailəsi ilə bağlı problemləri olub. Onun silah-sursatını qoyaraq Azərbaycana keçməsinin səbəbini yalnız ailəsində axtarmaq lazımdır".


ANS PRESS-in məlumatına görə, bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib. Onun sözlərinə görə, əgər əsgərə təzyiq olubsa, bunu yalnız ailəsi edib. "Təxmini deyə bilərəm ki, onun valideynləri ilə münasibəti gərgin olub. Buna görə də o, belə bir addım atıb", - deyə nazir əsgərin təmas xəttindən qaçmasına görə günahı onun valideynlərinin üzərinə atıb.

Ancaq erməni nazir bunu deyərkən bir məqamı unudur. Andranik Qriqoryan evdə anasının yanında deyil, orduda olub. O hər gün valideynlərinin deyil, komandirlərinin nəzarəti altında idi. Valideynlərinə acıq edən əsgər təmas xəttini niyə keçsin? Andranik Qriqoryan öz dili ilə komandirləri tərəfindən döyüldüyünü və sağ qalmaq üçün Azərbaycan tərəfə keçdiyini deyir. Seyran Ohanyana Andranik Qriqoryanın videosuna baxmağı bir daha məsləhət görürük. Ancaq diqqətlə baxsın.

Xatırladaq ki, martın 22-də günorta saatlarında ilkin məlumata görə, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan təmas xəttini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.
Diaspora