Ukraynada evakuatora yüklənərkən tank arxası üstə çevrildi

Ukraynada evakuatora yüklənərkən tank arxası üstə çevrildi backend

Ukrayna DİN Milli Qvardiyasının “Dnepr-1” özünümüdafiə batalyonunun tankı evakuatora yüklənərkən aşıb və arxası üstə çevrilib.


Virtualaz.org Lenta.ru-ya istinadən xəbər verir ki, aşan hərbi maşın T-64 tankının modifikasiya olunmuş versiyası sayılan “Perun” tankıdır.

Tankçı hərbi maşını yük maşınının arxasına qaldırmaq istəyərkən səhvə yol verib və tank aşaraq arxası üstə çevrilib.