Yəməndə başlayan hərbi əməliyyatlar dolların məzənnəsinə təsir edib. ANS PRESS-in məlumatına görə, neftin qiymətinin bir gündə 5 dollara qədər bahalaşmasından sonra dünya birjalarında dolların məzənnəsi də yüksəlməyə başlayıb.
Son hərbi proseslər fonunda dollar Türkiyədə günə sərt yüksəlişlə başlayıb. Ötən gün 1 dolların 2,57 türk lirəsinə bərabər olmasına baxmayaraq, bu gün məzənnə 2,6031-ə qədər yüksəlib.Türk lirəsinin dollar qarşısında ucuzlaşması bir gündə 1,25-i ötüb. Avro isə TL ilə ifadədə 2,8484 səviyyəsinə yüksəlib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Yəməndə hərbi əməliyyata başlaması dünya birjalarında canlanmaya səbəb olub.