Britaniya Rusiya sərhəddinə qoşun yeridir

Britaniya Rusiya sərhəddinə qoşun yeridir backend

NATO-Rusiya sərhədlərini Estoniya ərazisində Böyük Britaniya qoruyacaq.

NATO Rusiya - Estoniya sərhəddində hansı ölkənin batalyonlarını yerləşdirəcəyini açıqlayıb. ANS PRESS-in məlumatına görə, Estoniya Beynəlxalq Müdafiə Mərkəzinin rəhbəri Yuri Lyuik Rusiya sərhədlərində Böyük Britaniyaya məxsus qoşun hissələrinin yerləşdiriləcəyini deyib.

"Bu rəsmən elən edilmirdi. Amma mən indi deyə bilərəm ki, Britaniya batalyonu Estoniyada yerləşdiriləcək. Biz onlarla əməkdaşlıqdan çox şadıq”,-deyə Lyuik bildirib.

Bir neçə gün əvvəl NATO-nun baş katibi Yens Stoltenberq hərbi blokun 2017-ci ilin başlanğıcında Baltikyanı ölkələrdə və Polşada dörd batalyon yerləşdirə biləcəyini deyib. Bu açıqlamadan sonra Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov rəsmi Moskvanın Rusiya sərhədlərində NATO-un silahlı qüvvələrinin yerdəyişməsini izləyib təhlil apardığını demişdi.

O bildirib ki, Kreml NATO-un batalyonlarına qarşı tədbir görəcək. "Maraqlarımızın müdafiəsi və Rusiyanın təhlükəsizliyinin təmin olunması üçün ölçülər götürüləcək”.

Elvin Məmmədov
Bu gün, 21:25
Baxılıb
1169

NATO-ya məxsus hərbi texnika və şəxsi heyət
NATO-ya məxsus hərbi texnika və şəxsi heyət
NATO Rusiya - Estoniya sərhəddində hansı ölkənin batalyonlarını yerləşdirəcəyini açıqlayıb. ANS PRESS-in məlumatına görə, Estoniya Beynəlxalq Müdafiə Mərkəzinin rəhbəri Yuri Lyuik Rusiya sərhədlərində Böyük Britaniyaya məxsus qoşun hissələrinin yerləşdiriləcəyini deyib.


Rusiya NATO-nun şərqdə güclənməsinə qarşı cavab hazırlayır
"Bu rəsmən elən edilmirdi. Amma mən indi deyə bilərəm ki, Britaniya batalyonu Estoniyada yerləşdiriləcək. Biz onlarla əməkdaşlıqdan çox şadıq”,-deyə Lyuik bildirib.

Bir neçə gün əvvəl NATO-nun baş katibi Yens Stoltenberq hərbi blokun 2017-ci ilin başlanğıcında Baltikyanı ölkələrdə və Polşada dörd batalyon yerləşdirə biləcəyini deyib. Bu açıqlamadan sonra Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov rəsmi Moskvanın Rusiya sərhədlərində NATO-un silahlı qüvvələrinin yerdəyişməsini izləyib təhlil apardığını demişdi.

O bildirib ki, Kreml NATO-un batalyonlarına qarşı tədbir görəcək. "Maraqlarımızın müdafiəsi və Rusiyanın təhlükəsizliyinin təmin olunması üçün ölçülər götürüləcək”.

Yens Stoltenberq- NATO baş katibi Dmitri Peskov - Kremlin mətbuat katibi


Rusiya ilə sərhəddə yerləşdirəcəyi batalyonların tərkibində 4 minə qədər hərbi qulluqçu olacaq. NATO Polşa, Latviya, Litva və Estoniyada 800-1000 hərbçi yerləşdirməyi planlaşdırır.

Rusiyanın Təhlükəsizlik Şurasının katibinin müavini Yevgeni Lukyanov isə Moskvanın NATO-nun şərqdə güclənməsinə qarşı istənilən cavabı verəyini deyib.

"NATO-nun şərqdəki əməliyyatlarına görə həyəcanlanmağa əsas yoxdur. Cavab adekvat, məhsuldardır", - deyə müavin Sankt-Peterburqda keçirilən iqtisadi forum çərçivəsində bildirib.