Putin Şoyqunu Suriyaya Əsədlə görüşə göndərdi

Putin Şoyqunu Suriyaya Əsədlə görüşə göndərdi backend

Prezident Vladimir Putinin tapşırığı ilə Suriyaya səfər edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Bəşər Əsədlə görüşüb.

Virtualaz.org-un life.ru-ya istinadən məlumatına görə, Suriyanın dövlət televiziyası bildirib ki, onlar terrorizmlə mübarizə yolları barədə müzakirə aparıblar.

Bu ərəfədə Pentaqon Moskvanı ABŞ-ın Suriyada dəstəklədiyi qüvvələri bombalamaqda ittiham edib.

Pentaqonun sözçüsü Peter Cook iyunun 18-də deyib ki, ABŞ hərbi rəsmiləri rusiyalı həmkarları ilə video konfrans keçiriblər və koalisiyanın dəstəklədiyi qüvvələrə qarşı rusiyalı hərbçilərin əməliyyat keçirməsindən narahatlıqlarını bildiriblər.

Xatırladaq ki, iyunun 16-da rusiyalı təyyarəçilər Suriya müxalifətinin mövqelərini bombalayıblar, amerikalı təyyarəçilərin xəbərdarlığına baxmayaraq, rusiyalı təyyarəçilər əraziyə daha bir zərbə endiriblər.

Rusiyanın Müdafiə Nazirliyi isə müxalifət qüvvələrinə qarşı hər hansı əməliyyat keçirmədiklərini deyir.