Almaniyada hava limanında maraqlı hadisə baş verib

Almaniyada hava limanında maraqlı hadisə baş verib backend

Eurowings şirkətinin təyyarəsi 90 sərnişini göyərtəyə almağı “unudaraq” Düsseldorf hava limanından uçub, Oxu.Az Express qəzetinə istinadən xəbər verir.

Qaziler.az-ın məlumatına görə, Drezden reysini həyata keçirməli olan təyyarənin sərnişinlərini minmə yerinə iki avtobusda gətiriblər.

Birinci avtobusdakı qırx sərnişin təyyarəyə qalxaraq Drezdenə çatıb. Lakin ikinci avtobusdakı adamları göyərtəyə alınmayıblar.

Qəzet qeyd edir ki, təyyarəyə minə bilməyən ikinci avtobusun sərnişinlərini sakitləşdirmək və hava limanının əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün on polis əməkdaşı cəlb olunub.