Ermənistan prezidenti Serj Sarkisyan iyunun 20-də Sankt-Peterburqa işgüzar səfər edəcək.
Qaziler.az Virtualorg.az-a istinadən xəbər verir ki, bu haqda Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.Onun Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüşü planlaşdırılıb.
Xatırladaq ki, Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü nəzərdə tutulub.