Dağıstanda 5 OMON-çu həlak oldu

Dağıstanda 5 OMON-çu həlak oldu backend

Dağıstanda keçirilən iki xüsusi əməliyyat zamanı xüsusi təyinatlı dəstənin 5 əməkdaşı həlak olub, 3-ü isə yaralanıb.

Qaziler.az-ın məlumatına görə, bu barədə TASS agentliyinə respublikanın güc strukturundakı mənbə bildirib.

"Döyüş zamanı ağır yaralanan əməkdaşımız bu gün vəfat edib. Beləliklə, xüsusi əməliyyat zamanı tərəfimizdən ölənlərin sayı 5-ə çatdı. Üç yaralımız var, onların həyatlarına təhlükə yoxdur”, məndə bildirib.

Qeyd edək ki, Dağıstanda xüsusi əməliyyatlar nəticəsində, həmçinin 10 silahlı öldürülüb. Onların şəxsiyyətlərinin müəyyən olunması üzrə iş aparıldığı bildirilir.