Erməni hərbçilər arasında kütləvi dava

Erməni hərbçilər arasında kütləvi dava backend

Erməni hərbçilər arasında insident baş verib. Azvision.az bildirir ki, hərbi polis zabiti ilə "DQR" ordusunun 4 zabiti arasında əlbəyaxa dava olub. Hərbi polis əməkdaşı "DQR" zabitlərinin olduğu avtomobili yüksək sürətlə hərəkət etdiyi üçün saxlayıb.

Avtomobili saxlayan hərbi polis onları yanına çağırıb. Bundan əsəbiləşən 4 zabit - mayor Ara Zaxaryan, leytenant L.Sahakyan, baş-leytenant K.Martirosyan və leytenant D.Anaxasyan hərbi polis zabiti A. Matevosyan ilə mübahisə edib. Sonra onlar arasında dava olub.

Faktı Ermənistanın Müdafiə Nazirliyi təsdiqləyib. Bildirilib ki, 4 zabit birləşərək hərbi polis zabitini döyüb.

Hazırda hərbi polis zabiti hospitala yerləşdirilib. Onun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir.