Perunun Çosika şəhərində torpaq sürüşməsi nəticəsində azı 7 nəfər ölüb. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, təbii fəlakətlə əlaqədar şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Paytaxt Limadan 47 km aralıda yerləşən şəhərdə 65-ə yaxın ev dağılıb. Ölkənin şərqindəki əsas magistral yolu bağlanıb.Qeyd olunur ki, 1967-ci ildə Çosikada baş verən torpaq sürüşməsi 64 insanın həyatına son qoyub.