Türkiyədə növbəti terror aktı

Türkiyədə növbəti terror aktı backend

Türkiyənin Van vilayətinin Gevaş rayonunda partlayış törədilib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, zirehli polis avtomobilinin keçidi əsnasında PKK terrorçularının əvvəlcədən Van-Gürpınar-Gevaş yoluna yerləşdirdiyi əldəqayırma partlayıcı qurğu işə salınıb.

Nəticədə 6 polis əməkdaşı yaralanıb. Yaralılar Vandakı xəstəxanalara qaldırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda terrorçuların zərərsizləşdirilməsi üçün ərazidə genişmiqyaslı əməliyyat başlayıb.