İspaniya Fransanın cənubunda “Germanwings” aviaşirkətinə məxsus “А320” təyyarəsinin qəzaya uğraması ilə bağlı üçgünlük matəm elan edib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, müvafiq bəyanatla İspaniya hökumət rəhbərinin müavini Soraya Sayens de Santamariya çıxış edib.
Onun sözlərinə görə, matəm bu gecədən başlayır. Bundan başqa, sabah qəza qurbanlarının xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunacaq.Qeyd edək ki, Almaniyanın Germanwings aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi ötən gün günorta saatlarında Alp dağlarının ucqar hissəsində qəzaya düşüb. Qəza nəticəsində, 150 nəfər ölüb. Təyyarənin göyərtəsində Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.