Aktobedə terror törədənlər Suriya ərazisindən təlimat alıb. QAZİLER.AZ Virtualaz.org-a istinadən bildirir ki, bunu Qazaxıstan DİN rəhbəri Kalmuxanbet Kasımov deyib.
"Təbii ki, onlar hazırlaşmışdılar... təşkilatçılar... belə hesab edirəm ki, Suriyadandılar. Düşünürəm ki, istintaq sonda bunu sübut edəcək", - deyə nazir bildirib.
Xatırladaq ki, ondan əvvəl Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan etmişdi ki, Aktobe şəhərində iyunun 5-də silah mağazaları və hərbi hissəyə hücum edənlər sələfilər olub.