Türkiyədə terror aktı törədilib, 9 nəfər yaralanıb

Türkiyədə terror aktı törədilib, 9 nəfər yaralanıb backend

Türkiyənin Tunceli vilayətinin Ovacık bölgəsində ədliyyə məhkəməsi binası qarşısında partlayıcı qurğu olan nəqliyyat vasitəsi partladılıb.

Qaziler.az bildirir ki, APA-nın “Milliyyət”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 9 nəfər yaralanıb.

Yaralananlardan ikisi polis, yeddisi isə mülki şəxsdir. Onlar dərhal xəstəxanaya çatdırılıblar və həyati təhlükələri yoxdur.

Hadisə yerində olan müşahidə kameralarından görünür ki, PKK terrorçusu park etdiyi nəqliyyat vasitəsindən düşərək oradan uzaqlaşıb. Nəqliyyat vasitəsi uzaqdan idarə olunan pult vasitəsi ilə partladılıb.