ABŞ-da gecə klubunda naməlum şəxsin açdığı atəş nəticəsində 20-ə yaxın insan ölüb

ABŞ-da gecə klubunda naməlum şəxsin açdığı atəş nəticəsində 20-ə yaxın insan ölüb backend

ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda naməlum şəxsin açdığı atəş nəticəsində 20-ə yaxın insan ölüb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Orlando şəhərinin polis rəisi Con Mina bildirib.

C. Mina 42 yaralının xəstəxanaya yerləşdirildiyini, 20 nəfərə yaxın insanın isə öldüyünü nəzərə çatdırıb.


Qeyd edək ki, gecə klubunda insanlara atəş açan şəxs polisin açdığı atəş nəticəsində öldürülüb. Bu gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub.