Türkiyədə çoxsaylı qətllər törədən şəxs yaxalanıb.
Qaziler.az-ın Lent.az-a istinadən məlumatına görə, "Sözcü" xəbər verir ki, son 3 il ərzində İstanbul və Ankarada 3 nəfəri öldürən Atalay Filiz bu gün İzmirin Menderes rayonunda bir parkda ələ keçib.A.Filiz 2013-cü ildə Ankarada general Hasan Hüseyn Demirarslanın oğlu Göktuğla rus əsilli sevgilisi Yelena Radçikovanı, bu il mayın 27-də isə tarix müəlliməsi Fatma Kayıkçını öldürməkdə ittiham edilir. A. Filiz itkin düşən rus əsilli sevgilisini də qətlə yetirməkdə şübhəli sayılır. Hazırda onun ifadəsi alınır.(lent.az)