Suriyadakı islamçı “Hərəkat Nuriddin əz-Zinki” qruplaşması Hələb yaxınlığında gedən döyüşlərdə T-90 tankını salamat ələ keçiriblər.
Qaziler.az-ın məlumatına görə, Virtualaz.org xəbər verir ki, bu, yaraqlıların əlinə qənimət keçən ilk T-90 tankıdır. Yaraqlılar tankın görüntülərini yayıblar və kadrlardan görünür ki, texnika saz vəziyyətdədir, ancaq onun optik nişangahı zədələnib.Mayın ortalarında Suriya yaraqlıları hökumət qüvvələrinin T-90A tankını Hələb yaxınlığınd vurmuşdu. Hücum Amerika istehsalı olan TOW tank əleyhinə raket kompleksi ilə həyata keçirilib. İlk dəfə bu raketlə T-90 tankına fevralın sonlarında zərbə endirilmişdi və həmin vaxt tankın dinamik müdafiə sistemi işə düşərək raketi neytrallaşdırmışdı.
Rusiya T-90 tanklarının köhnə versiyasını ötəön ilin dekabrında Suriyaya göndərib. Bu tankların tətbiqi Hələb ətrafında gedən döyüşlərdə vəziyyəti Əsəd qüvvələrinin xeyrinə dəyişmişdi. Çünki yaraqlılar T-90 tanklarını vura bilmirdilər. Lakin indi belə görünür ki, onlar tankı salamat ələ keçirməyi də öyrəniblər.