Türkiyə Silahlı Qüvvələri iğtişaşlar törətməyə hazırlaşan PKK-çılara qarşı əməliyyat təşkil edib.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş Qərargahı məlumat yayıb.Məlumata görə, Siirt, Eruh, Van, Təndürək dağı, Hakkarinin Şəmdinli və Yüksəkova mahallarında, həmçinin İraqın Qara, Hakurk, Sinat bölgələrində təhlükəsizlik qüvvələrinə hücum etməyə hazırlaşan terrorçular hava zərbələri ilə məhv edilib.