Eyni adlı onlayn mağazanın sahibi olan “Amazon” şirkəti özünün Hindistandakı biznesinin inkişafına əlavə olaraq 3 milyard dollar yatırmaq niyyətindədir. İKT.lent.az-ın “runews24.ru” saytına istinadən məlumata görə, bununla da şirkət yatırımlarının ümumi məbləğini 5 milyard dollara çatdıracaq.
“Biz artıq Hindistanda 45 minə yaxın yeni iş yeri yaratmışıq və hələ də onun iqtisadiyyatında olduqca böyük potensial görürük”, - deyə “Amazon” şirkətinin qurucusu və rəhbəri Ceff Bezos bildirib.
Xatırladaq ki, “Amazon” şirkəti dünyada məhsul və xidmətlərinin internet üzərindən satışını həyata keçirən ən iri şirkətlərindən biridir.