Əfqanıstanın Nanqarhar vilayətindəki məscidlərdən birində partlayış törədilib. "Report" xəbər verir ki, terror aktı nəticəsində ən azı 3 nəfər ölüb, 40 nəfərə yaxın adam yaralanıb.
Nanqarhar vilayəti qubernatorunun nümayəndəsi partlayış nəticəsində məscidin axundunun da həlak olduğunu bildirib.