Kiyevdə hərbi vertolyot yerə düşüb; 1 ölü, 2 yaralı

Kiyevdə hərbi vertolyot yerə düşüb; 1 ölü, 2 yaralı backend

Bu gün Kiyev (Ukrayna) şəhərinin Vasilkovsk rayonunda hərbi vertolyot qəzaya uğrayıb.

APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, Poltava-Jitomir reysi ilə uçan iki vertolyotdan biri qəfildən aşağı düşüb. Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Hadisənin səbəbləri araşdırılır.